Masallıda ağır tonnajlı yük avtomobili aşdı, hərəkət dayandı - VİDEO

Masallıda ağır tonnajlı yük avtomobili aşdı, hərəkət dayandı - VİDEO

Hazırda oxunan: Masallıda ağır tonnajlı yük avtomobili aşdı, hərəkət dayandı - VİDEO

241697

Ələt-Astara magistralının Masallı rayonu ərazisində ağır tonnajlı yük avtomobili aşıb. 

Bizim.Media-nın yerli bürosu xəbərr verir ki, hadisə magistralın yeni hissəsində qeydə alınıb.
 

Məlumata görə, Dağıstan Respublikasına məxsus "TIR" Astara istiqamətindən Bakı istiqamətində hərəkətdə olarkən aşaraq yolun hərəkət hissəsini qismən bağlayıb. Bu səbəbdən magistralda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.


Polis əməkdaşları sürücülərin alternativ yolla hərəkət etməsi üçün tədbirlər görür. 

Qeyd olunur ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.












Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO