Paytaxın mərkəzində "Ford" yandı - VİDEO

Paytaxın mərkəzində "Ford" yandı - VİDEO

Hazırda oxunan: Paytaxın mərkəzində "Ford" yandı - VİDEO

241105

Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bizim.Media  xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO