Moskvanın mərkəzində yerləşən “Rosa Rossa” elit yaşayış kompleksində güclü yanğın baş verib.
Bizim.Media “Mash” telegra kanalına istinadən xəbər verir ki, kompleksdəki binalardan birinin yuxarı mərtəbələri yanır.
Məlumata görə, “Rosa Rossa”da yanğın damda təmir işləri zamanı baş verib - plastiklə örtülmüş taxta tirlərdən hazırlanmış müvəqqəti konstruksiya alovlanıb.
Yanğının təxmini sahəsi 1000 kvadratmetrdən çoxdur. Üstəlik şahidlər partlayışa bənzər səslər eşitdiklərini bildiriblər.
Qeyd edək ki, sözügedən kompleks Zubovskaya küçəsi 7 ünvanında yerləşir. Layihənin müəllifi italyan memar və dizayner Piero Lissonidir.
Bizim.Media