“Danimarka öz işini görmür, onlar yaxşı müttəfiq deyillər”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.
“Əgər bu, Qrenlandiyada daha çox ərazi aktivlərini ələ keçirməli olduğumuz anlamına gəlirsə, prezident Tramp da bunu edəcək. Çünki o, avropalıların bizə nə qışqırması ilə maraqlanmır. Tramp Amerika vətəndaşlarının maraqlarını düşünür”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq etmək istədiyini dəfələrlə bəyan edib.
Bizim.Media