Rusiyanın Samara şəhər sakini üç yaşlı qızını evin altıncı mərtəbəsinin eyvanından atıb. Nəticədə uşaq ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin saytında yayılıb.
Hadisə bu gün Samara şəhərinin Oktyabrsk rayonunda baş verib. VKontakte sosial şəbəkəsinin “Dinlənildi. Samara” qrupunda bununla bağlı video yayımlanıb.
Qadın uşağını qorxutmaq məqsədilə maykasından tutaraq aşağı sallayır. Qız isə yüksək səslə "Qorxuram ana, qorxuram, qorxuram" deyə qışqırır. Nəticədə mayka cırılır və uşaq düşərək ölür.
Müstəntiqlər cinayət işi açıblar. Şübhəli saxlanılıb və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur. Faktla bağlı Samaranın Oktyabrsk rayon Prokurorluğu yoxlamaya başlayıb.
Bizim.Media