Tərəvəzlərlə musiqi ifa edən orkestr Ginnesin Rekordlar Kitabına DÜŞDÜ - VİDEO

Tərəvəzlərlə musiqi ifa edən orkestr Ginnesin Rekordlar Kitabına DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Tərəvəzlərlə musiqi ifa edən orkestr Ginnesin Rekordlar Kitabına DÜŞDÜ - VİDEO

239018

Yalnız tərəvəzlərdən oyulmuş “musiqi alətlərində” ifa edən qrupdan ibarət orkestr Ginnesin Rekordlar Kitabına düşüb. 

Bizim.Media xəbər verir ki, 11 nəfərdən ibarət “Tərəvəz Orkestri” (The Vegetable Orchestra) adlı qrup 1998-ci ildə Vyanada (Avstriya) yaradılıb.

O vaxtdan etibarən qrup bolqar bibəri, yerkökü, xiyar, turp, kələm və digər tərəvəzlərdən oyulmuş alətlərdən istifadə edərək 344 konsert verib. Musiqiçilər öz ifalarında cəfəri, pırasa və soğan qabığından da istifadə edirlər.
 

İnnovasiya komandası daim yeni alətlər icad edirlər. Orkestr üzvlərinin sözlərinə görə, tərəvəzlərin yaratdığı səsi başqa alətlə səsləndirmək mümkün deyil. Orkestr üzvləri onu da bildirirlər ki, onların bəstələrinin məqsədi musiqinin müxtəlif yerlərdən, hətta supermarketlərdən belə eşidildiyini göstərməkdir.


Belə musiqi alətləri birdəfəlik olduğu üçün orkestrin bütün istifadə olunmayan tərəvəzlərini şorbaya çevirən aşpazı var.

“Tərəvəz Orkestri”nin konsertlərindən sonra bütün maraqlanan tamaşaçılar həmin yeməyin dadına baxa bilirlər. 

Orkestr konsertlərində qadağan edilən yeganə sual qrup üzvlərinin vegetarian və ya veqan olması ilə bağlıdır. Onlar bu cür sualla illər ərzində dəfələrlə rastlaşdıqları üçün həmin sualın verilməsini qadağan ediblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO