33 il sonra ilk dəfə Ballıcada Yel çərşənbəsi QEYD EDİLDİ - FOTO/VİDEO

33 il sonra ilk dəfə Ballıcada Yel çərşənbəsi QEYD EDİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: 33 il sonra ilk dəfə Ballıcada Yel çərşənbəsi QEYD EDİLDİ - FOTO/VİDEO

238848

İşğaldan azad olunan Xocalı şəhərində, Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayırlar. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub.

Çərşənbə tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.

Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO