ABŞ Prezidenti Donald Trampın “The Washington Post”un müxbiri ilə dialoqu geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, təyyarədə jurnalist Trampa "Razısınız ki, Putin Ukraynaya hücum edərək sizə hörmətsizlik edib?” – deyə sual ünvanlayıb.
Tramp isə müxbirin hansı media qurumunu təmsil etdiyini soruşub. Müxbir "The Washington Post"da çalışdığını bildirdikdən sonra ABŞ Prezidenti kinayəli şəkildə cavab verib:
“Siz etibarınızın çox hissəsini itirmisiniz”.
Daha sonra ABŞ lideri digər jurnalistlərin suallarını cavablandırıb.
Xatırladaq ki, Tramp daha əvvəl də bir neçə dəfə “The Washington Post" nəşrini qərəzli məlumatlar yaymaqda ittiham edib.
Onu da qeyd edək ki, “The Washington Post”da ölkəmizə qarşı da dəfələrlə qərəzli məqalələr dərc olunub.
Bizim.Media