Kişilərin maaşından tutulub evdar qadınlara pensiya ödənilməlidir? - VİDEO

Kişilərin maaşından tutulub evdar qadınlara pensiya ödənilməlidir? - VİDEO

Hazırda oxunan: Kişilərin maaşından tutulub evdar qadınlara pensiya ödənilməlidir? - VİDEO

237545

Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak onların birgə mülkiyyəti sayılır.

Bizim.Media xəbər verir ki, əmək pensiyası hüququ isə fərdin şəxsi sığorta stajı və pensiya kapitalına əsaslanır (pensiya təyinatı zamanı ər və ya arvadın şəxsi əmlakı, yaxud gəlirləri nəzərə alınmır).

Son vaxtlar isə həyat yoldaşının işləməsinə icazə verməyən kişilərin maaşından pul tutularaq qadının pensiya fonduna köçürülməsi haqqında fikirlər səsləndirilir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "Evdar xanımlara ərinin maaşından tutulub pensiya ödənilməsi məntiqlidir?" - sualı ilə sorğu keçirib.
 

Sakinlər "Evin bütün işlərini qadın görür və bir qarın çörək yeyir. Yaşlananda da bunun qarşılığında heç nə qazanmır. Ona görə də məntiqlidir", "Ərinin maaşından tutulmalıdır, kimdən tutulsun?!", "Evdə oturmağa razılaşan qadın qocalanda pensiya almamağa da razı olmalıdır" kimi fikirlər səsləndiriblər.


Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO