Ukrayna prezidenti Volodimir Zelenski Londonda Ukrayna sammitinə qatılıb.
Bizim.Media xəbər verir ki, Ukrayna liderini Böyük Britaniyanın Baş naziri Starmer hərarətlə qarşılayıb.
Xatırladaq ki, bu gün bir çox Avropa ölkələrinin liderləri Londonda Ukrayna ilə ABŞ arasında son günlərdə yaranan gərginliyi müzakirə edəcəklər.
Son anda verilən məlumata görə, sammit keçirilən məkana Fransa prezidenti Makron, Kanada Baş naziri Tryüdo, İtaliya Baş naziri Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Polşa Baş naziri Tusk, İsveç Baş naziri Kristersson, Çexiya Baş naziri Fiala, Danimarka baş naziri Frederiksen gəlib.
Tezliklə onlara Şolz, Rutte və digər Avropa liderləri də qoşulacaq.
Bizim.Media