Ramazan ayında necə qidalanmaq lazımdır? - VİDEO

Ramazan ayında necə qidalanmaq lazımdır? - VİDEO

Hazırda oxunan: Ramazan ayında necə qidalanmaq lazımdır? - VİDEO

237328

Ramazan ayında iftar və imsakda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.

Bizim.Media xəbər verir ki, hipertoniya, damar tıxanması və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən həkim Gökhan Ceyhun orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.

Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksəkkalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib.

Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Həkim Ramazan ayında infarktların əsasən iftar və imsakdan sonra baş verdiyini bildirib.

O, bunu uzunmüddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişləri ilə əlaqələndirib. Gökhan Ceyhun həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO