Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.
Bizim.Media xəbər verir ki, yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
Bu gün “Formula-1”-ə yekun vurulacaq
11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.
Qeyd edək ki, dünən “Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman (“Prema”) birinci, Juri Vips (“Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.
Bizim.Media