Millimizin üzvü debüt matçında qol vurdu - VİDEO

Millimizin üzvü debüt matçında qol vurdu - VİDEO

Hazırda oxunan: Millimizin üzvü debüt matçında qol vurdu - VİDEO

237151

Millimizin hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunda ilk matçına çıxıb.

Bizim.Media xəbər verir ki, 25 yaşlı futbolçunun çıxış etdiyi komanda öz meydanında “Vidzev”i qəbul edib. 1:1 hesabı ilə yekunlaşan görüşdə 80-ci dəqiqədə oyuna daxil olan Renat 90-cı dəqiqədə fərqlənməyi bacararaq komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, daha bir millimizin üzvü olan Rahil Məmmədovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 25 xal toplayan "Radomyak" 23 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.






Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO