Şimal bölgəsində qarlı, şaxtalı hava davam etməkdədir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Qrız kəndi bu gün də səhərini qar və şaxta ilə açıb. Qrızda bölgənin ən soyuq temperaturu qeydə alınıb--18 dərəcə...Burada qarın hündürlüyü isə 23 sm təşkil edib.
Şimal bölgəsinə ən çox qar 33 sm olmaqla Cızı rayonunun Altıağac qəsəbəsinə yağıb.
Hazırda bölgənin Üuba və Qusar rayonlarına qar yağır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu