Ukraynaya 267 dron, 3 ballistik raket atıldı - VİDEO

Ukraynaya 267 dron, 3 ballistik raket atıldı - VİDEO

Hazırda oxunan: Ukraynaya 267 dron, 3 ballistik raket atıldı - VİDEO

236092

Fevralın 22-dən 23-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 267 pilotsuz uçuş aparatı və üç “İskəndər-M/KN-23” ballistik raketi ilə hava hücumu edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri PUA-ların yarıdan çoxunu zərərsizləşdirib.

Bu barədə Bizim.Media Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
 

Hava hücumu aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.


Hava hücumundan müdafiə sistemi Xarkov, Poltava, Sumı, Kiyev, Çerniqov, Çerkassı, Kirovoqrad, Jitomir, Xmelnitski, Rivne, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərində fəaliyyət göstərib.

Bundan əlavə, Rusiyanın 119 pilotsuz təyyarəsinin imitatoru itirilib, onlardan üçü Belarusa, biri Rusiyaya doğru uçub.

Hava hücumu nəticəsində Dnepropetrovsk, Odessa, Poltava, Kiyev və Zaporojya vilayətləri zərər çəkib. Həmçinin Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO