Xankəndidə yollar qardan belə təmizlənir – VİDEO

Xankəndidə yollar qardan belə təmizlənir – VİDEO

Hazırda oxunan: Xankəndidə yollar qardan belə təmizlənir – VİDEO

235997

Xankəndidə iki gündür yağan qarın və şaxtalı havanın yollarda nəqliyyatın hərəkətini çətinləşdirməməsi üçün lazımi tədbirlər görülür.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub. Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilir. Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların təmizlənməsi işləri həyata keçiriləcək.

Havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq, şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO