DİQQƏTLƏ OXUYUN: Yelena Sidorenko xərçəngə necə qalib gəlib? - VİDEO

DİQQƏTLƏ OXUYUN: Yelena Sidorenko xərçəngə necə qalib gəlib? - VİDEO

Hazırda oxunan: DİQQƏTLƏ OXUYUN: Yelena Sidorenko xərçəngə necə qalib gəlib? - VİDEO

235471

"Xəstəliklər səbəbsiz yaranmır. Buna tam əminəm və özümdə sınamışam".

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış aparıcı Yelena Sidorenko deyib.

"Düz bir il öncə səhhətimdə ciddi bir problem yaranmışdı. Nə problem olduğunu bilmirdim. Amma təcili olaraq həkimə müraciət etdim. Vəziyyət belə idi: gücüm yox idi, ayaqüstə dayana bilmirdim, nəyim ağrıyırdı başa düşmürdüm. Amma "pisəm" deyirdim. Nəticədə qalxanvari vəzidə bədxassəli şiş diaqnozu qoyuldu. Həmin vaxt mənim hisslərimi təsəvvür edə bilərsiniz. Düşünürdüm ki, uşağım balacadır, necə olacaq və sairə. Çox ağır günlər keçirdim. Amma yenə oturdum, özüm-özümlə tək qaldım və düşündüm. Kainat məni niyə dayandırmaq istəyir? Nə səhv etmişəm, hansı düşüncələrim, hansı fikirlərim, hansı yanaşmalarım məni gətirib bura çıxarıb. Və açığı özüm üçün iki konkret qərar qəbul etdim.

Birinci qərar, hər kəsi bağışlayacağam. Mənim xətrimə dəyən bütün insanları bağışlayacağam. Bu, asan deyildi, amma etdim. Baxırdım onların şəkillərinə, videolarına və çalışırdım ki, bütün içimdə onlara olan küskünlük çıxıb getsin. Bacardım.

İkinci qərarım. Qərar verdim ki, bir də düşüncələrimdə, fikirlərimdə belə heç kimi heç vaxt mühakimə etməyəcəyəm. Alındımı? Alındı. Bəli, çətindir, indi də çətindir. Bəzən elə olur ki, kiməsə baxıram, beynimdə mühakimə edirəm, amma özüm-özümü dayandırıram.

Və sizə son nəticəni də deyirəm.

Dekabr ayında mən yenidən analiz verirəm və təsəvvür edirsiniz, mənim şişim artıq bədxassəli deyil, xoşxassəlidir.

Və heç bir əməliyyata, kimyaya ehtiyac yoxdur. Odur ki, əziz dostlar, əgər sizin də sağlamlığınızda hansısa bir problem yaranıbsa, özünüzə, daxilinizə baxmağa çalışın.

Əminəm ki, kainatın verdiyi mesajları görə biləcəksiniz.

Və düzgün qərarı versəniz, əksər xəstəliklərdən azad ola bilərsiniz", deyə o, qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO