“BakuBus”un sürücüsü ilə sərnişinlər arasında MÜBAHİSƏ – VİDEO

“BakuBus”un sürücüsü ilə sərnişinlər arasında MÜBAHİSƏ – VİDEO

Hazırda oxunan: “BakuBus”un sürücüsü ilə sərnişinlər arasında MÜBAHİSƏ – VİDEO

233673

"BakuBus" MMC-yə məxsus daha bir avtobusun sürücüsü ilə sərnişinlər arasında mübahisə düşüb. Buna səbəb sürücünün avtobusu hərəkət etdirməməsi olub. Sürücü avtobusun güzgüsünün sındığını, sərnişinlər isə tam əksini deyib. 

Bizim.Media xəbər verir ki, yaranmış vəziyyətlə bağlı "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva “baku.ws”-ə bildirib ki, 3 fevral 2024-cü il tarixində "BakuBus" MMC-nin balansında olan 7A nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-527 dövlət qeydiyyat nişanlı avtobusda yüngül yol-nəqliyyat hadisəsi baş verib:

"Hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən  sürücüsü Mehdiyev Aqil dərhal Monitorinq Mərkəzinə məlumat verib, müvafiq olaraq hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət olunub.
 

Sürücü  qaydalara uyğun olaraq hadisə yerində sığorta şirkətinin gəlməsini gözləyib. Lakin bəzi sərnişinlər sürücüdən avtobusu hərəkət etdirməyi tələb edib, nəticədə sürücü və sərnişinlər arasında mübahisə yaranıb. Qeyd edək ki, hadisə zamanı sürücü bütün daxili prosedurlara uyğun hərəkət edib.


Sərnişinlərimizdən bu kimi hallarda sürücüyə qarşı anlayışlı olmalarını və təhlükəsizlik qaydalarına riayət edən sürücülərimizə dəstək göstərmələrini xahiş edirik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO