Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu – FOTO/VİDEO

Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu – FOTO/VİDEO

Hazırda oxunan: Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu – FOTO/VİDEO

233648

Türkiyənin Tokat bölgəsində məktəb avtobusu sürücüsü 2400 lirə cərimələndikdən sonra süni intellektin köməyi ilə məhkəməyə müraciət edib. 

Bizim.Media xəbər verir ki, süni intellektin yazdığı şikayət ərizəsi əsasında məhkəmə qərarı sürücünün xeyrinə ləğv edib. 
 

Belə ki, sürücü Mehmet Can Duran şagirdi düşürdükdən sonra avtomobilini piyada keçidində saxlayaraq piyadalara yol verib.


Lakin arxasında dayanan avtomobildə olan müfəttiş onun avtobus dayanacağından kənarda şagird düşürdüyünü iddia edərək ona 2400 lirə cərimə yazıb. 

Cərimənin haqsız olduğunu düşünən Duran vəkil tutmağın əlavə xərclərə səbəb olacağını bildiyi üçün "ChatGPT" süni intellekt proqramından kömək istəyib. O, süni intellektin hazırladığı şikayət ərizəsi ilə Tokat Sülh Məhkəməsinə müraciət edib. Məhkəmə Daranı haqlı hesab edərək 3 həftə ərzində cərimə cəzasını ləğv edib.  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO