Bacısı aparıcının ölüm səbəbini açıqladı - VİDEO

Bacısı aparıcının ölüm səbəbini açıqladı - VİDEO

Hazırda oxunan: Bacısı aparıcının ölüm səbəbini açıqladı - VİDEO

23303

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Şamil Familli vəfat edib.

Bizim.Media xəbər verir ki, onun ölümünün səbəbi ilə bağlı bacısı Lalə xanım ARB-də yayımlanan “Elgizlə izlə” verilişinə qoşularaq məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

ARB telekanalının keçmiş aparıcısı vəfat etdi - FOTO


O bildirib ki, mayın 31-də səhər saatlarında onun ürəyi tutub:

“Tibb bacısına zəng edərək, gəlib onun təzyiqini ölçməsini xahiş edib. 10 dəqiqə içərisində tibb bacısı gəlib, ancaq qapını açan olmayıb.

Mənə ayın 1-i axşamçağı zəng etdilər ki, nigaran qalmışıq, Şamil telefonları açmır. Mən də zəng etməyə başladım, ancaq telefonları açan olmadı. Oğlumu, gəlinimi göndərdim ki, mənə Şamildən xəbər gətirin.

Onlar mənə zəng etdilər ki, təcili gəl, biz Şamili itirmişik”.

Qeyd edək ki, Ş.Familli AzTV və Lider TV-də fəaliyyət göstərib. O, bir müddət əvvəl ARB TV-də yayımlanan “Bazar düzü” verilişinin aparıcısı olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO