ABŞ-ın “Boom Supersonic” şirkəti Overture mülki təyyarəsinin səsdən sürətli XB-1 prototipini uğurla sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “msn.fm” saytı yazıb.
Mənbə qeyd edir ki, sınaqlar çərşənbə axşamı, yanvarın 28-də Kaliforniyanın Moxave səhrasındakı aerokosmik mərkəzdə baş tutub.
Qeyd edilib ki, şirkətin baş sınaq pilotu Tristan Brandenburqun idarə etdiyi təyyarə səsdən sürətli dəhlizə daxil olub və saatda 1,207 kilometr sürətlə 10.756 min metr hündürlüyə çatıb.
Bu, ABŞ-da inşa edilən ilk səsdən sürətli mülki təyyarədir.
Xatırladaq ki, əvvəllər dünyada iki səsdən sürətli mülki təyyarə yaradılıb: Britaniya və Fransanın “Konkord” və keçmiş Sovet İttifaqının Tu-144 təyyarələri.
Hər ikisi təhlükəsizlik problemlərinə görə istismardan çıxarılıb.
Qeyd edək ki, əsası 2014-cü ildə qoyulan və Koloradoda yerləşən “Boom Supersonic” Amerika startapıdır. O vaxtdan bəri şirkət səsdən yüksək sürətlə uça bilən sərnişin təyyarəsi hazırlayır. Onların son inkişafı səsdən sürətli XB-1 təyyarəsidir. Bu, tamhüquqlu sərnişin təyyarəsi deyil, səsdən sürətli “Overture” təyyarəsinin prototipidir.
Prototip artıq 11 uğurlu sınaqdan keçib və bu sınaqlar zamanı təyyarə ümumilikdə 450 dəqiqə havada olub.
XB-1-in bundan əvvəlki son sınağı da uğurlu nəticələr göstərib. 10 yanvar 2025-ci il tarixində XB-1 saatda 1172 km sürətlə 8,986 metr yüksəkliyinə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
23:38 / 29.01.2025
Səs sürətini üstələyən sərnişin təyyarəsi sınaqdan keçirildi - VİDEO
Hazırda oxunan: Səs sürətini üstələyən sərnişin təyyarəsi sınaqdan keçirildi - VİDEO
Hazırda oxunan: Səs sürətini üstələyən sərnişin təyyarəsi sınaqdan keçirildi - VİDEO
232374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.