“Almaniyada xalq sağçı partiyaları dəstəkləmədiyi təqdirdə, hökumət söz azadlığını dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
“Beləliklə, İlon Maskın hərəkətləri ilə bağlı keçmişdə bu barədə çoxlu şərhlər almışam, çünki o, tez-tez Avropa haqqında danışırdı.
Mən sadəcə dediklərimi təkrar edirəm: Avropada və Almaniyada söz azadlığı var. Hər kəs istədiyini deyə bilər, hətta milyarder də olsa. Amma ifrat sağçı mövqeləri dəstəkləyirsə, bunu qəbul etmirik. Bunu bir daha təkrarlamaq istərdim”, - Almaniya kansleri bildirib.
Qeyd edək ki, amerikalı milyarder İlon Mask “X” səhifəsində Almaniya kansleri Olaf Şoltsun “axmaq”, prezident Frank-Valter Ştaynmayerin isə “antidemokratik tiran” olduğunu yazmışdı.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
20:57 / 21.01.2025
Şoltsdan Maska MESAJ: “Hər kəs istədiyini deyə bilər, hətta milyarder də olsa, lakin…” - VİDEO
Hazırda oxunan: Şoltsdan Maska MESAJ: “Hər kəs istədiyini deyə bilər, hətta milyarder də olsa, lakin…” - VİDEO
Hazırda oxunan: Şoltsdan Maska MESAJ: “Hər kəs istədiyini deyə bilər, hətta milyarder də olsa, lakin…” - VİDEO
231094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.