İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edib.
Bizim.Media xəbər verir ki, Pezeşkianın təyyarəsi Rusiya paytaxtının Vnukovo-2 hava limanına enib.
Qeyd edək ki, bu gün Kremldə Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Görüş zamanı Rusiya və İran arasında Strateji Tərəfdaşlıq haqqında Hərtərəfli Sazişin imzalanması planlaşdırılıb.
Məlumata görə, həmçinin Rusiya və İran prezidenti görüş zamanı Suriya, Fələstin ətrafındakı vəziyyəti, Cənubi Qafqazdakı vəziyyəti və İranın nüvə proqramını müzakirə edəcəklər.
Bizim.Media