Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov stüardessa ilə mübahisə etdiyi üçün ABŞ-a uçan təyyarədən endirilib.
Bizim.Media xəbər verir ki, hadisə şahidləri müvafiq videonu sosial şəbəkələrdə yayıblar.
Nurməhəmmədov dostlarının döyüşlərinə baxmaq üçün Los-Ancelesə “American Airlines” şirkətinin təyyarəsi ilə uçmalı idi.
İdmançının oturacağı fövqəladə vəziyyət zamanı təcili yardım göstərə biləcək sərnişinlər üçün ayrılmış sırada olub.
Videoya əsasən, stüardessa Nurməhəmmədovdan fövqəladə vəziyyətdə kömək edə biləcəyini soruşub. İdmançı sualı eşitməyib və ya anlamayıb. Buna görə stüardessa nə demək istədiyini bir neçə dəfə soruşub.
Bundan sonra mübahisə düşüb. Stüardessa Nurməhəmmədova başqa sərnişinlə oturacaqları dəyişməyi təklif edib. İdmançı bundan imtina edib. Bundan sonra baş stüardessa vəziyyətə müdaxilə edib. O, Həbibdən təyyarəni tərk etməsini istəyib.
Nurməhəmmədov ayağa qalxaraq yoldaşları ilə birlikdə təyyarəni tərk edib.
Bizim.Media