Cənubi Koreyada GƏRGİNLİK – Mühafizəçilər Prezidentin həbsinə imkan vermir – VİDEO

Cənubi Koreyada GƏRGİNLİK – Mühafizəçilər Prezidentin həbsinə imkan vermir – VİDEO

Hazırda oxunan: Cənubi Koreyada GƏRGİNLİK – Mühafizəçilər Prezidentin həbsinə imkan vermir – VİDEO

228280

Cənubi Koreyanın impiçmentə göndərilən Prezidenti Yun Sok Yolu həbs etməyə çalışan istintaq qrupu çətinliklə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Belə ki, Prezidenti həbs etmək üçün onun iqamətgahına gələn müstəntiqlərin önü Yon Sok Yolun tərəfdarları və mühafizə xidməti tərəfindən kəsilib.

Son məlumata görə, müstəntiqlər tərəfdarlardan ibarət barrikadaları aşmağa nail olublar. Lakin Sok Yolun mühafizə xidməti həbsin icrasına mane olur. Hazırda tərəflər arasında qarşıdurma davam edir.

Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib.
 

Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.


Dekabrın 14-də isə Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Bundan əlavə, Yuna qarşı dövlətə xəyanət ittihamı ilə istintaq başladılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO