Robot itlər tədricən universal işçilər rolunu oynamağa başlayıb.
Çinli mühəndislər bu texnologiyanı yeni bir səviyyəyə qaldıraraq onlardan zibil konteynerlərinin daşınmasında da istifadəyə başlayıblar.
İndi bu robotlar şəhər tullantıların toplanması və daşınmasını həyata keçirirlər.
Bu yenilik həm texnologiya, həm də ekoloji baxımdan əhəmiyyətlidir, çünki robot itlər yalnız tullantıları toplamaqla kifayətlənmir, eyni zamanda küçələrin təmiz saxlanılmasına kömək edirlər.
Mütəxəssislər qeyd edirlər ki, belə robotların köməyindən digər sahələrdə, o cümlədən, logistika və təhlükəsizlik sahəsində də istifadə edilə bilər.
Bizim.Media