İnsanda idarəolunmaz hərəkətlərə səbəb olan yeni XƏSTƏLİK YAYILDI - VİDEO

İnsanda idarəolunmaz hərəkətlərə səbəb olan yeni XƏSTƏLİK YAYILDI - VİDEO

Hazırda oxunan: İnsanda idarəolunmaz hərəkətlərə səbəb olan yeni XƏSTƏLİK YAYILDI - VİDEO

225917

Uqandada idarəolunmaz bədən titrəyişlərinə və qızdırmaya səbəb olan xəstəlik yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Yerli əhalinin “Dinqa-Dinqa” (tərcümədə “rəqs kimi titrəmək”) ləqəbini qoyduqları xəstəlik artıq əsasən qadın və qızlardan ibarət 300-ə yaxın insanı əhatə edib.

Bədəndəki titrəyişlərə görə xəstələrin yeriməkdə çətinlik çəkdiyi qeyd edilir.

Həkimlər bildirirlər ki, regiondan kənarda heç bir yoluxma halı qeydə alınmayıb və xəstəlik antibiotiklərlə uğurla müalicə olunur. Hazırda ölkənin Səhiyyə Nazirliyi toplanmış nümunələri təhlil edir.

Qeyd edək ki,  daha əvvəl Konqo Demokratik Respublikasında yeni növ öldürücü virus yayıldığı açıqlanmışdı. Bu virus isə xeyli sayda insanın ölümünə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO