Rusiya ordusu istənilən ssenariyə, o cümlədən yaxın onillikdə Avropada NATO ilə mümkün hərbi münaqişəyə hazır olmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Andrey Belousov Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.
O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri müharibənin başlanğıcından bəri təxminən bir milyon nəfəri ötüb.
“2024-cü ildə isə Ukraynanın 560 min hərbçisi öldürülüb və ya yaralanıb. Təkcə, Kurska hücum zamanı Ukrayna Silahlı Qüvvələri təxminən 40 min nəfər itirdi. Rusiya bu il ərzində 4,5 min kvadratmetr ərazini “azad edib”. Rusiya ordusu bir sutka ərzində orta hesabla 30 kvadratmetr sürətlə irəliləyir”, - rusiyalı nazir qeyd edib.
Onun sözlərinə görə, Ukrayna “DXR” (qondarma Donetsk Xalq Respublikası – red.) ərazilərinin 25-30%-nə, Zaporojye və Xerson vilayətlərinə, həmçinin “LXR” (qondarma Luqansk Xalq Respublikası – red.) ərazisinin 1%-dən azına nəzarət edir.
Bizim.Media