Ailənin tək oğlu olan qazimiz dəhşətli durumda - Ürəkdağlayan VİDEO

Ailənin tək oğlu olan qazimiz dəhşətli durumda - Ürəkdağlayan VİDEO

Hazırda oxunan: Ailənin tək oğlu olan qazimiz dəhşətli durumda - Ürəkdağlayan VİDEO

22487

Ailənin tək oğlu olan Vətən Müharibəsi qazisi Mahirin vəziyyəti ağırdır. Onun ciddi müalicəyə ehtiyacı var, ata-ana isə imkansızlıqdan çarəsiz vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, psixologi vəziyyəti gündən-günə pisləşən Qarabağ qazisinin son durumu ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. 

Qazinin anası bildirib ki, oğlu dinib-danışmır, mart ayından bu vəziyyətdədir. 

“Səhərə qədər yatmır. Yeməyi də özüm verirəm”-deyə o qeyd edib.

Valideyinləri qeyd edirlər ki, övladları hərbi hospitalda müalicə aldıqdan sonra Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Lakin müalicə müsbət nəticə verməyib:

“Sonra apardıq özəl klinikaya. Amma yenə də xeyri yoxdur. Sonuncu dəfə 15 gün əvvəl həkimdə olmuşuq. May ayının 3-dən evimizə qayıtmışıq.

Müalicə gedir, amma nəticə yoxdur. Neçə gündür lap ağırlaşıb”-deyə qazinin atası vurğulayıb.

Valideynlər  dövlət başçısı İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan köməklik istəyiblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO