Suriyada bir qrup müxalifətçi Bəşər Əsədin atası, mərhum prezident Hafiz Əsəd və ailəsinin dəfn olunduğu məqbərəni yandırıb.
Bizim.Media xəbər verir ki, silahlı şəxslər Qardaha şəhərində yerləşən məqbərəni yandırıqdan sonra ətrafında dövrə vuraraq şüarlar səsləndiriblər.
Onlar Suriyanın yeni bayrağını da qaldırıblar.
Qeyd edək ki, Əsədin atası Hafiz Əsəd, Bəşərin nənəsi və 1994-cü ildə vəfat edən qardaşı Basilin dəfn olunduğu ailə məzarlığı Latakiyadan 30 kilometr aralıda kiçik dağ qəsəbəsində yerləşir.
Xatırladaq ki, Hafiz Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olub.
Bizim.Media