Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonuna start verilib.
Bizim.Media xəbər verir ki, “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” şüarı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsidir.
MÖVZU İLƏ BAĞLI:
“YAŞAT” Fondu marafon təşkil edəcək
Marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib.
Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş edilir.
Bizim.Media