"Son Zəng"dəki mahnıya görə işdən çıxarılan direktor vəzifəsinə qayıdır - MƏHKƏMƏ QƏRARI - VİDEO

"Son Zəng"dəki mahnıya görə işdən çıxarılan direktor vəzifəsinə qayıdır - MƏHKƏMƏ QƏRARI - VİDEO

Hazırda oxunan: "Son Zəng"dəki mahnıya görə işdən çıxarılan direktor vəzifəsinə qayıdır - MƏHKƏMƏ QƏRARI - VİDEO

222955

Samuxda məktəbdə keçirilən “Son zəng” mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb. 

Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb. 
 

Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib. 


Qeyd edək ki, sözügedən məktəbdə bu il keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO