Rusiyanın Yekaterinburq şəhərində xəstəxanada yanğın baş verib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 2 saylı poliklinikanın binası yanıb.
“Shot” teleqram kanalının məlumatına görə, yanğından xilas olmağa çalışan insanlar pəncərələrdən tullanıblar. Bildirilib ki, ən azı bir nəfər yaralanıb, 300-dən çox xəstə və işçi təxliyə edilib.
Yanğının ilkin səbəbi damda tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması göstərilib. Hazırda yanğının qarşısı alınıb.
Bizim.Media