Bakı Dövlət Universitetində "Eko Məkan" layihəsinin açılış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, açılışda Milli Məclisinin üzvləri, AMEA-nın nümayəndələri, Universitetin pedaqoji və tələbə heyəti, o cümlədən, bir sıra xarici nümayəndələr iştirak edib.
Açılış zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, yaradılan "Eko Məkan" sadəcə Bakı Dövlət Universitetinin tələbələri üçün yox, ölkənin ümumtəhsil məktəbləri, digər ali təhsil müəssisələrinin tələbələri üçün də nəzərdə tutulub.
Qeyd edək ki, Universitetin həyətində 1000 kv m sahədə yaradılmış məkanda Akvaponik sistem suyun təkrar dövriyyəsi üsulu ilə yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir.
"Eko Məkan" BDU-nun, və bir sıra şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb, həmçinin layihəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəstək verib. Məkan BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media