Bakıda sərgilənən lüt qadın heykəlini söküblər.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Xatırladaq ki, noyabrın 1-dən başlayaraq Heydər Əliyev Mərkəzinin parkında və foyesində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunub.
2025-ci il mayın 11-dək davam edəcək sərgidə heykəltaraşın 15 incəsənət nümunəsi nümayiş olunur.
Heydər Əliyev Mərkəzinin parkında sökülən heykəl də həmin əsərlərdən biridir.
Bizim.Media