“Eurovision”un finalı bu gün Rotterdamda keçiriləcək - VİDEO

“Eurovision”un finalı bu gün Rotterdamda keçiriləcək - VİDEO

Hazırda oxunan: “Eurovision”un finalı bu gün Rotterdamda keçiriləcək - VİDEO

21963

Koronavirus pandemiyası səbəbi ilə təxirə salınan Eurovision mahnı müsabiqəsinin finalı bu gün Niderlandın Rotterdam şəhərində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Yarışmada 26 ölkənin təmsilçiləri qələbə üçün mübarizə aparacaqlar. 18 və 20 may tarixlərində baş tutan iki yarımfinalın nəticələrinə görə, 20 ölkənin təmsilçiləri yarışın finalına çıxıblar. 
Beləliklə, ilk yarımfinalın nəticələrindən sonra Azərbaycan, Rusiya, Norveç, İsrail, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna təmsilçiləri finala çıxıblar.

İkinci yarım finalın nəticələrindən sonra Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San Marino, İsveçrə, Yunanıstan və Finlandiya finala keçib.

Onlara əlavə olaraq, müsabiqənin finalına "böyük beşliy"in seçimində iştirak etməyən ölkələr - Almaniya, Fransa, İspaniya, Böyük Britaniya və İtaliya daxil olacaq. Həm də yarışın keçirildiyi ölkənin təmsilçisi – Niderland da dərhal finala çıxıb.

"Eurovision" bu il 18-22 may tarixlərində Rotterdamda baş tutur. Niderland  müğənni Duncan Lavrencein 2019-cu ildə Eurovision Mahnı Yarışmasını qazandıqdan sonra müsabiqəyə ev sahibliyi etmək hüququnu qazanıb.

Eurovision Avropa Yayım Birliyi ölkələri arasında illik bir mahnı müsabiqəsidir.

Yarış 1956-cı ildən bəri davam edir və 600 milyon izləyicisi olan dünyanın ən məşhur qeyri-idman tədbirlərindən biridir. Avstraliya bu yarışmada 2015-ci ildən bəri iştirak edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO