“Düzünü desəm, Trampın qələbəsi ilə bağlı heç nə hiss etmirəm”.
Bizim.Media xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov ABŞ prezident seçkilərinin nəticələrinə münasibəti ilə bağlı sualı cavablandırarakən deyib.
MÖVZU İLƏ BAĞLI:
Tramp BU TARİXDƏ and içəcək
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna münaqişəsində “birbaşa iştirak etdiyi üçün” tez bir zamanda onu dayandıra bilər:
"Əgər kimsə nəyisə dəyişə bilirsə, bunu alqışlamaq lazımdır. Əgər bu, seçki yarışı zamanı sözlərdirsə, biz bunu əvvəllər də görmüşük".
O əlavə edib ki, Rusiya tərəfi Donald Trampın ABŞ prezidenti kimi ilk rəsmi bəyanatlarını və hərəkətlərini rəhbər tutacaq:
“Ona qədər isə gəlin Baydenin hələ bir ay yarım Amerika prezidenti olaraq qalacağını unutmayaq”.
Qeyd edək ki, ötən gün ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlmək üçün tələb olunandan daha çox səs (277) toplayıb.
Trampın rəqibi, Demokratlar partiyasının namizədi Kamala Harris səslərin 226-nı qazanıb. Seçkilərdə qalib olmaq üçün isə 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.
Bizim.Media