Quba-Xınalıq yolunun 42-ci km-də iyulun 29-dan uçan Əlik körpüsünün bu gündən yenidən tikilməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, Xınalıq yolunda inşaat işlərini "Körpü Bina Tikinti" MMC aparacaq.
MÖVZU İLƏ BAĞLI:
Quba-Xınalıqda uçan körpü ilə bağlı salınan yol GENİŞLƏNDİRİLİR – FOTO
Qarşıdakı günlərdə uçan körpünün xüsusi qırıcı vasitələrlə beton plitələri doğranılacaq, daşınacaq və təmizləndikdən sonra körpünün yatağı işləniləcək. Bu hazırlıq işlərindən sonra yeni körpünün inşasına start veriləcək.
Qeyd edək ki, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisindəki körpü iyulun 29-da güclü sel səbəbindən uçub. Nəticədə 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi çətinləşib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu