2021-ci ildə əsaslı əsaslı təmir edilən və yenidən qurulan, Xətai rayonu ərazisində yerləşən Nizami Gəncəvi Parkındakı idman alətləri sındırılıb.
Bu barədə Bizim.Media-ya yaxınlıqda yaşayan sakinlər məlumat veriblər.
Sakinlər bildirib ki, əvvəllər burada idman edirdilər, indi isə bütün alətlər yararsız vəziyyətdədir. İdman qurğularının isə kim, yaxud kimlər tərəfindən yararsız hala salındığı bəlli deyil.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan əvvəlcə bu barədə məlumatsız olduqlarını, məsələni araşdırıb, geri dönüş edəcəklərini bildirdilər. Araşdırmadan sonra deyilənlərin doğruluğu İcra Hakimiyyəti tərəfindən təsdiqləndi və yaxın günlərdə təmir işlərinə başlanılacağı qeyd olundu:
“Həmin alətləri quraşdıran şirkətə artıq müraciət olunub. Qırılan oturacaqlar isə Xətai rayon Mənzil Təsərrüfat Birliyi tərəfindən bərpa ediləcək”.
Hürü Əliyeva, Bizim.Media