Oktyabrın 27-si səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb. Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova 26 oktyabr tarixində uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib.
Bizim.Media xəbər verir ki, gecə saatlarında Z.Zamanova Reanimasiya şöbəsinə yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 24 yaşlı qadın doğuşdan sonra öldü
Mərhumun qayınanasının sözlərinə görə, həkim ananı müayinə etdikdən sonra onun heç bir probleminin olmadığını deyib:
"Həkim yoxladı, dedi ki, saat 9-a kimi uşaq dünyaya gələcək, heç bir problem yoxdur. Saat 9-da nəvəm dünyaya gəldi. Həkim 10:30-da dedi ki, hər şey normaldır, xəstəni masada qoyub çıxıb getdi. Axşam zəng vurdum gəlinə, zəng çatmadı. Gəlib gördük ki, bizdən xəbərsiz xəstəni götürüblər əməliyyata. Bundan əvvəl normal şəkildə iki uşaq dünyaya gətirib. Gültac həkim mənim evimi yıxdı, gəlinimin balalarını yetim qoydu. İcazə almadan uşağımı əməliyyat ediblər", - mərhumun qayınanası söyləyib.
Ətraflı videomaterialda:
Bizim.Media