30 ilə yaxın davam edən işğal dönəmində Ermənistan Azərbaycanın bir sıra rayon və kəndlərində misli görülməmiş vandallıq aktları törədib.
Bizim.Media xəbər verir ki, erməni vəhşiliyinin qurbanı olmuş yaşayış məntəqələrimizdən biri də Qubadlı şəhəridir.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Qubadlı ilə bağlı PAYLAŞIM – VİDEO
Qeyd edək ki, Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. Nəticədə rayonun azərbaycanlı əhalisi məcburi köçkün vəziyyətinə düşüb.
Azərbaycan Ordusu Qubadlı şəhərini İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə işğaldan azad edib.
Bizim.Media