Dünyanın üçüncü ən yaşlı insanı ABŞ-dən olan Elizabet Frensis 115 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, o, heç bir xəstəlik səbəbindən deyil, yaşının çox olması səbəbindən orqanlarının iflas etməsi nəticəsində ölüb.
1909-cu ildə ABЮ-nin Luiziana ştatında anadan olan Frensis anasının vəfatından sonra bibisi ilə Hyustona köçüb və bir telekanalın yeməkxanasında çalışıb.
Ömrünün son illərində 95 yaşlı qızı Doroti Uilyams və nəvəsi Ethel Harrisonla birlikdə yaşayan Frensis üç nəvə, beş nəticə və dörd kötücəyə sahib olub.
Yaşadığı uzun illər ərzində qadın 20 ABŞ prezidentinin siyasətinin şahidi olub.
Həmçinin qadın iki dünya müharibəsindən, 1918-ci il ispan qripi epidemiyasından və COVID-19 pandemiyasından sağ çıxıb.
Bizim.Media