Xəbər verdiyimiz kimi Ankarada TUSAŞ aerokosmik şirkətinin yaxınlığında terror aktı törədilib.
Bizim.Media xəbər verir ki, terror aktı yaxınlıqdakı müşahidə kameraları tərəfindən lentə alınıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO
Qeyd edək ki, hücum edənlər nəzarət-buraxılış məntəqəsindən keçərək obyektə daxil olmağa çalışıblar, lakin təhlükəsizlik əməkdaşlarının müqaviməti ilə qarşılaşıblar, bundan sonra atışma və partlayış səsi eşidilib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya terror aktının Ankaradakı TUSAŞ obyektlərinə qarşı törədildiyini bildirib.
Onun sözlərinə görə, ölən və yaralananlar var.
Bizim.Media