Tanınmış İlhaiyyatçı Elşad Miri Quranda demokratiya anlayışı məsələsinə toxunub.
Bizim.Media-nın məlumatına görə, ilahiyyatçı bildirib ki, islam insanlara seçim hüququ verir. Onun sözlərinə görə, Quranda seçim hüququ, məşvərət kimi demokratik anlayışlar öz əksini tapıb:
MÖVZU İLƏ BAĞLI:
“Yaşıl islamın rəngi deyil, peyğəmbər qırmızı geyinib” - Elşad Miridən ŞOK AÇIQLAMA - VİDEO
“Demokratiya insanların ədalət prinsipi ilə yanaşmadsıdırsa bu Quranda da var. Hətta daha betəri - yaxınlarınızın əleyhinə olsa belə ədalətdən uzaqlaşmayın kimi fikirlər yazılıb Yəni bundan başqa demokratiya dediyimiz nədir?
Bu gün Amerika ilə İngiltərənin demokratiyası eynidirmi və ya ABŞ-ın ştatlarında demokratiya eynidirmi? Oradakı hüquqlar eynidirmi? Misal üçün, 51 ştatdan 36-da ölüm hökmü var. Ölüm hökmü olanlarmı daha demokratdır , yoxsa olmayanlar?”
İlahiyyatçının sözlərinə görə, islamda ləyaqət, ədalət, haqq əsas prinsiplərdəndir:
“İslamın bizdən istədiyi nədir? Harada və hansı formda yaşamağımızdan asılı olmayaraq, normal insan olmağımız.
Dövlətlərin hansı mexanizmlə idarə edilməsindən asılı olmayaraq əsas olan ləyaqətdir, ədalətdir, haqdır, məzlumun yanında olmaqdır. İnsanları öz tərəfdarlarına, qohumlarına, ayırmamaqdır, tayfabazlıq etməməkdir. Layiqli olana haqqını verəkdir”.
Bizim.Media