“Həmişə zəng edəcəyini deyirdi, son dəfə demədi...” – “Şəhid şair”lə bağlı XATİRƏLƏR – FOTO/VİDEO

“Həmişə zəng edəcəyini deyirdi, son dəfə demədi...” – “Şəhid şair”lə bağlı XATİRƏLƏR – FOTO/VİDEO

Hazırda oxunan: “Həmişə zəng edəcəyini deyirdi, son dəfə demədi...” – “Şəhid şair”lə bağlı XATİRƏLƏR – FOTO/VİDEO

217041

"Çox ağırdı və şərəflidi bizim döyüş yolumuz,

Yenə də qorxmayırıq.

Düşməndi sağ-solumuz,

Mübariz kimi oğullardı bizim simvolumuz"

Bu misraların müəllifi Vətən Müharibəsi şəhidi Orxan Ömərovdur.Ölümündən sonra yaxın qohumunun təşəbbüsü ilə barəsində çap olunan "Şəhid şair" kitabındakı şeirdən bir bənd götürülüb. 

Orxan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsəd aparırdı, onun şərəfli döyüş yolunu özünə örnək seçmişdi. Özü də bilmədən bu şərəfli döyüş yolunu yaşadı. 

"Həmişə deyirdi, yenə zəng vuracam. Bu dəfə demədi". 

Şəhid Orxan Ömərovun bacısı Albina Ömərova Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib ki, Orxan qohum-qardaşın, dostlarının toy və digər şənliklərinin bəzəyi idi, bədahətən meyxana və şeir deməyi bacarırdı. Amma o bütün bunlara bir hobbi kimi baxırdı, əsas arzusu isə vətənə qulluq etmək idi.


Qubanın Qonaqkənd qəsəbəsində doğulan Orxan Ömərov 2013-cü il mart ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmətə başlayıb. Vətən Müharibəsi başlayanda Daxili Qoşunların xüsusi təyinatlı hərbi hissəsinin çavuşu kimi ön cəbhəyə yollanıb. 2020-ci il noyabr ayının 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Orxan atasını uşaqlıqdan itirib, anası Rənanın yeganə oğul övladı, 2 bacının tək qardaşı idi.

Bacısı Albina danışır ki, Orxanla son telefon danışıqları 2020-ci il oktyabr ayının 31-də olub. Çox kefsiz idi:

"Çox qəmgin idi, elə bil həmişə deyib gülən Orxan deyildi. Elə susurdu, mən danışırdım. Sanki ürəyinə dammışdı ki, sonuncu danışığıdır bizimlə. Həmişə danışanda deyirdi ki, "qardaş yenə zəng vuracaq", bu dəfə o sözü demədi. Təkcə onu dedi ki, özündən, uşaqlardan muğayat ol. Və sağollaşdıq"


Anası Rəna Ömərova da şəhid oğlu ilə oktyabrın 31-də danışdığını bildirib:


"Elə istəyirdi ki, mən danışım. Mən danışırdım, o dinləyirdi. Heç kefi yox idi. Bizə demirdi, bəlkə də yoldaşlarından şəhid olan vardı, qəmgin idi. Bəlkə də hiss edirdi ki, axırıncı dəfədir səsimizi eşidir. Həmin gündən sonra zəng etmədi".

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Orxan Ömərov 2020-ciil noyabr ayının 11-də Dərəgəndov kəndində torpağa tapşırılıb. 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO