2023-cü il oktyabrın 7-də HƏMAS üzvlərinin İsrailin cənubuna hücum etməzdən bir gün öncə HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın ailəsi ilə birlikdə yeraltı tuneldə gizləndiyini göstərən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail ordusu yayıb.
Mənbə qeyd edir ki, HƏMAS lideri vaxtının çox hissəsini Qəzza zolağında yeraltı tuneldə keçirib.
Qeyd edək ki, Yəhya Sinvar Qəzza zolağında məhv edilib.
Bizim.Media