Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib - VİDEO

Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib - VİDEO

Hazırda oxunan: Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib - VİDEO

216726

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib.

Bizim.Media xəbər verir ki, fləşmobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər. 

Fləşmob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdən kadrlar verilib və Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri müəllifin öz səsi ilə səsləndirilib. 
 

Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək 2263 ailə, yəni 8660 nəfər doğma yurda köçürülüb. 


Fləşmob haqqında videoçarxı təqdim edirik: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO