Yardımlıda müəllimlə təhsil sektorunun müdirinin əlbəyaxa davası ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Yardımlıda müəllimlə təhsil sektorunun müdirinin əlbəyaxa davası ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Yardımlıda müəllimlə təhsil sektorunun müdirinin əlbəyaxa davası ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

216491

Bir neçə gün əvvəl Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Cəlil Zabidov və bu rayonun təhsil sektorunun müdiri Kamal Təhməzov arasında insident baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müəllim sektor müdirinin xidməti otağına daxil olaraq videoçəkiliş aparıb və onu müxtəlif qanunsuzluqlara yol verməkdə ittiham edib. 

Hətta tərəflər arasında münaqişə əlbəyaxa həddinə çatıb.
 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, C.Zabidov əsasən adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddia irəli sürüb.


“Dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq, Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan “video.edu.az”, “trims.edu.az” və “e-derslik.edu.az” platformalarında yerləşdirilir. 

Artıq Zabidovun səsləndirdiyi digər iddialarla bağlı aparılan araşdırma Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb. Həmçinin hadisənin kobudluq formasında baş verdiyi, icazəsiz videoçəkiliş hüquq-mühafizə orqanlarında araşdırılacaq”.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO