Türkiyənin 36 vilayətində 269 terrorçu SAXLANILDI - VİDEO

Türkiyənin 36 vilayətində 269 terrorçu SAXLANILDI - VİDEO

Hazırda oxunan: Türkiyənin 36 vilayətində 269 terrorçu SAXLANILDI - VİDEO

216196

Türkiyənin 36 vilayətində kürd hərbi-siyasi təşkilatı olan PKK ilə əlaqədə şübhəli bilinən 269 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özenen “X” hesabında məlumat verib.  

Bu kütləvi həbslər oktyabrın 13-də Türkiyənin cənub-şərqində, Diyarbakır vilayətində təşkil edilən “Azadi” (Azadlıq) nümayişindən sonra baş verib.
 

Nümayiş hökumətin əvvəlki qadağasına baxmayaraq yüzlərlə insanı cəlb edib və iştirakçılar Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bütün bölgələrindən gəlib. Nümayişçilər PKK-nın qurucusu Abdullah Öcalanın azad edilməsini tələb ediblər.


Qeyd edilib ki, həmin gün sosial media hesablarında Separatçı Terror Təşkilatı liderinin fotosunu paylaşan 7️-si DEM Partiyasının deputatı olmaqla, ümumilikdə 1️3 səhifə admini də aşkarlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO