Erməni vandalizminin İZLƏRİ – Ağdam şəhəri – VİDEO

Erməni vandalizminin İZLƏRİ – Ağdam şəhəri – VİDEO

Hazırda oxunan: Erməni vandalizminin İZLƏRİ – Ağdam şəhəri – VİDEO

215731

30 ilə yaxın davam edən işğal dönəmində Ermənistan Azərbaycanın bir sıra rayon və kəndlərində misli görülməmiş vandallıq aktları törədib.

Bizim.Media xəbər verir ki, erməni vəhşiliyinin qurbanı olmuş yaşayış məntəqələrimizdən biri də Ağdam şəhəridir. 
 

Qeyd edək ki, 23 iyul 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 şəhid, 3531 nəfər əlil olub, 1871 uşaq yetim qalıb. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşüb. 


20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olublar. Bununla da Ağdam şəhərinin işğalına son qoyulub.

İşğal dönəmində Ağdamda törədilən dağıntıların miqyası o qədər böyükdür ki, azad olunduqdan sonra buranı görən səyyahlar şəhəri “Qafqazın Xirosiması” adlandırıblar.

Ağdam şəhərindən görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO